İsrail Suriyanın Qunaytara əyalətini raketlə hədəfə alıb

 İsrail Suriyanın cənubunda yerləşən Qunaytara əyalətinin əl-Bəəs rayonu ərazisində ordu və müttəfiqlərinin mövqeyini hədəfə alıb.

SalamNews bu barədə müxalifətin "Suriya İnsan Hüquqları Müşahidə Qrupu"nun saytına istinadla xəbər verir.

Bildirilib ki, İsrail tərəfindən atılan iki raket bu gün Qunaytaranın əl-Bəəs rayonunda hərbi mövqelərə düşüb. Bu təcavüz nəticəsində dağıntıların olduğu bildirilir.

Suriyanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq, bu hücumu kəskin pisləyib və ölkə ordusunun bu təcavüzə cavab verməyə haqqı çatdığını bildirib.

Suriyanın Colan Yüksəkliklərini işğalda saxlayan İsrail bu xəbərlərə hələ münasibət bildirməyib.