İsrailin müdafiə naziri fələstinli jurnalistin qətlə yetirilməsindən sonra ABŞ-a gedir

İsrailin müdafiə naziri Beni Qants bu həftə ABŞ-a yola düşür. Onun səfərində müzakirəyə çıxarılan mövzulardan biri də fələstinli jurnalist Şirin Əbu-Aqilənin qətlə yetirilməsi haqda verəcəyi açıqlamalardır.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Beni Qants ABŞ səfərində fələstinli jurnalistin qətlə yetirilməsi, habelə onun dəfninə hücum barədə qarşı tərəfə açıqlama verəcək.

Qeyd edək ki, İsrail qüvvələrinin atəşi nəticəsində həyatını itirən Əlcəzirənin Qüds üzrə müxbiri Şirin Əbu-Aqilə xristiandır və eyni zamanda ABŞ vətəndaşıdır.

İsrail mətbuatının məlumatına görə, bu səfər İranla nüvə sazişinin bərpa edilməsi istiqamətində danışıqların aparılması zamanına təsadüf edir.

Bu ölkənin mətbuatı bildirib ki, Beni Qants ABŞ səfərində yəhudi icmaların Mayami və Nyu-Yorkdakı tədbirlərinə də qatılacaq.