İsveç və Finlandiya İngiltərə ilə təhlükəsizlik sazişi imzalayıb

İsveç və Finlandiya NATO-ya üzvlük üçün müraciət etməzdən əvvəl Böyük Britaniya ilə təhlükəsizlik sazişi imzalayıb.
Euronews-a istinadən Operativ.tv xəbər verir ki, Böyük Britaniyanın baş naziri Boris Conson həmin gün Stokholmda əvvəlcə isveçli həmkarı Maqdalena Anderssonla, sonra isə Finlandiya prezidenti Sauli Niinisto ilə saziş imzalayıb.
Conson İsveç və Finlandiyaya hücum ediləcəyi təqdirdə ölkəsinin lazımi dəstəyi verəcəyinə söz verib.
İki ölkənin mayın 17-21-də NATO-ya üzvlük üçün müraciət edəcəyi gözlənilir.
Oslodakı ikitərəfli görüşdən sonra Conson və Niinisto təhlükəsizlik sahəsində əməkdaşlıq, kəşfiyyat məlumatlarının mübadiləsi və birgə hərbi əməliyyatları əhatə edən təhlükəsizlik bəyannaməsini imzalayıblar. Razılaşmadan sonra iki lider birgə mətbuat konfransı keçirib.