İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

İsveçrə millisinin qapıçısı Yan Sommer tarixi nailiyyətə imza atıb.

Operativ.tv Report-a istinadən məlumatına görə, 34 yaşlı qolkiper buna Çexiyanı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda müvəffəq olub.

61-ci dəqiqədə penaltini dəf edən Sommer ardıcıl 5-ci dəfə bunu bacarıb. Hesablamada penaltilər seriyasına daxil edilən 11 metrlik zərbələr nəzərə alınmayıb.

Təcrübəli oyunçu 2020-ci ilin noyabrından 5 penaltinin qolla nəticələnməsinə icazə verməyib.