İƏT-in Baş katibi Rusiyaya səfər edəcək

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hisseyn Brahim Tahin oktyabrda Moskvaya səfər etməyi planlaşdırır.

Operativ.tv “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İƏT-dəki daimi nümayəndəsi Ramazan Abdulatipov deyib.

"Biz baş katibin Moskvaya səfəri üçün bir sıra məsələlər üzərində işləyirik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov onu bu ilin oktyabrında səfərə dəvət edib. Biz qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırırıq”, - o bildirib.