Kabildə bombalı hücum: Çox sayda ölənlər var

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə Şeyx Rəhimullah məktəbində intiharçı hücumu nəticəsində partlayış baş verib.

 “Kabul Times” qəzetinin məlumatına görə, Əfqanıstanın paytaxtı Kabildə Şeyx Rəhimullah məktəbində partlayış baş verib. Sputnik digər tərəfdən yüksək rütbəli Taliban üzvü Rəhimullah Həqqaninin Kabildə intiharçı hücumu nəticəsində öldüyünü xəbərini də verib. Xəbərdə Kabilin ikinci təhlükəsizlik bölgəsində həyata keçirilən intihar hücumunda aralarında Şeyx Rəhimullah Həqqani də daxil olmaqla 10-dan çox adamın həyatını itirdiyi bildirilib.