Kavani "Fiorentina"ya keçir

"Mançester Yunayted"lə yollarını ayıracaq olan Edinson Kavani İtaliyaya qayıdacaq.

"Unikal" xəbər verir ki, "Fiorentina" 34 yaşlı hücumçunu heyətinə cəlb eymək istəyir. Bu barədə "Calciomeracato" məlumat yayıb. Uruqvaylı ulduz futbolçunun "qırmızı şeytanlar"la müqaviləsi iyunun 1-i bitir.

Qeyd edək ki, Kavani 2020-ci ildən "Mançester Yunayted"də çıxış edir.