Keşlədə gecə klubuna etiraz-VİDEO

Bakının Keşlə qəsəbəsində şəhidlərin dəfn olunduğu məkan və kənd məscidi önündə açılmış gecə klubu insanların hiddətinə səbəb olub. Sosial media üzərindən yayımlanan videoda əraziyə toplanan insanlar əyləcə məkanı olan gecə klubunun şəidlərin dəfn olunduğu məkanla qarşı-qarşıya açılmasını şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirib. Eyni halda onlar Allah evi, məscidin də yer aldığı gecə klubunun açıldığı məkana açıq geyimli qadınlar, spirtli içkilər qəbul edən müştərilərinin gəlişini müqəddəs dəyərlərə qarşı hörmətsizlik sayıblar. Videoda hiddətlənmiş sakinlər əlaqədar təşilatlardan bu biyabırçı vəziyyətə son qoymaq tələbi də öz əksini tapıb.