Kərbəla valisi: “Bu il tarixin ən böyük Ərbəin ziyarəti olub”

Kərbəla valisi Nasif Casim Əl-Xətabi açıqlayıb ki, bu il tarixin ən böyük Ərbəin ziyarəti olub. Bu barədə Operativ.tv Sirat.az-a istinadən xəbər verir.

“Bu il Ərbəin ziyarətində 60 min könüllü ziyarətçilərə xidmət göstərib”, – deyə Kərbəla valisi əlavə edib.

Nasif Casim Əl-Xətabinin sözlərinə görə, digər vilayətlər də zəvvarlara xidmət göstərmək üçün dəstək verib. Buna baxmayaraq, xidmət, təhlükəsizlik və səhiyyə idarələri əhalini qarşılamaqda böyük çətinliklərlə üzləşib.

Qeyd edək ki, bu il Ərbəin ziyarətinə İraq daxilindən və xaricdən 21 190 435 zəvvar qatılıb. Bu isə ötən illə müqayisədə üç milyondan artıq ziyarətçi deməkdir.