Kreml: Ukrayna ətrafında vəziyyət çox gərgindir

“Ukraynada vəziyyət çox gərgindir. Bu ölkəyə silah tədarükü, NATO-nun hərbi manevrləri Ukrayna ətrafında gərginliyə gətirib çıxarır”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.“Biz orada silah-sursat tədarükünü, müxtəlif manevrləri, NATO və Qərbi Avropa ölkələrinin aviasiya uçuşlarını görürük. Bütün bunlar Ukrayna ətrafında gərginliyə gətirib çıxarır”, - Kremlin sözçüsü vurğulayıb.