Livanda banklar yenidən açılıb

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Livanda bir həftədir bağlanan bankların qismən açılması ilə hesablarındakı pula çatmağa çalışan müştərilər uzun növbələr yaradıblar. Əksər bankların qapalı qaldığı və açıq bankların yalnız bir neçə müştəri ilə görüşərək məşğul ola bildiyi bir ölkədə dondurulmuş hesablarına daxil olmaq istəyən qəzəbli camaat arasında mübahisələr bəzən davaya çevrilir. Euronews-da yer alan xəbərə görə, onlarla əsgər, daxili təhlükəsizlik işçisi və müştəri Francebank-ın bağlanan Beyrut filialı qarşısında saatlarla növbə gözləmək məcburiyyətində qalıb.