Lukaşenko: ABŞ dünyadakı bütün münaqişələrdə iştirak edir

Belarus prezidenti Vaşinqtonun dünyada baş verən bütün böyük siyasi münaqişələrdə müəyyən həddə rol aldığını deyib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko şənbə günü ölkəsinin milli birlik günü münasibəti ilə  keçirilən yığınacaq çəxışında deyib:
Vaşinqton bütün böyük siyasi münaqişələrdə iştirak edir, lakin eyni zamanda, canlı bombaya çevirilən öz daxili münaqişələrinə də məhəl qoymur.

O əlavə edib ki, baş verən bütün siyasi münaqişələrdən faydalanan yeganə ölkə ABŞ-dır.

Bu münaqişələrin adı, bu gün Ukrayna, sabah Moldova, Baltikyanı ölkələr və ya Polşa və ya Rumıniya ola bilər.