Lukaşenko ölkə konstitusiyasını dəyişdirməyi təklif etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın beş ildə ölkədə konstitusiya dəyişikliyi üçün referendumun keçirilməli olduğunu bildirib.

 

Operativ.tv xəbər verir ki, bu barədə Belarusun “Zvezda” qəzetində dərc olunan Lukaşenkonun seçki proqramında qeyd olunub.

 

Prezident bildirib ki, belaruslular ümumxalq səsverməsi ilə hüquqlarını, vəzifələrini, azadlıqlarını və öhdəliklərini, habelə dövlət orqanlarının səlahiyyətlərini təyin edəcəklər.

 

“Belarusluların ölkənin taleyi üçün məsuliyyət götürməyə hazır olması bəllidir və bu məsuliyyət dərəcəsini insanlar özləri təyin edəcəklər, lakin qanunla... Küçələrdə və meydanlarda deyil, hüquqi yanaşma vasitəsilə”,-deyə Lukaşenko vurğulayıb.

 

Qeyd edək ki, Belarusda prezident seçkiləri cari il avqustun 9-da keçiriləcək.