Maradonanın ölümünə görə 8 nəfər mühakimə olunacaq

Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı 8 nəfər Argentina məhkəməsində mühakimə olunacaq.

Operativ.tv Apasport.az saytına istinadən məlumatına görə, aparılan araşdırmadan sonra ona qulluq edən həmin şəxslər qətldə ittiham edilir.

236 səhifəlik sənəddə işə sədrlik edən hakim onların hər birini ölümə səbəb olan qeyri-peşəkar davranışa görə sorğu-sual edib. Qərarda deyilir ki, Maradonaya baxan həkimlər, tibb bacıları və psixoloq da daxil olmaqla 8 nəfər qəsdən adam öldürmədə ittiham olunur.

Argentinalının ölümünü araşdırmaq üçün təyin edilən tibbi komissiya ötən il futbol ulduzunun həkim komandasının ehtiyatsız hərəkət etdiyi qənaətinə gəlib.

Qeyd edək ki, Dieqo Maradoina 2020-ci ilin noyabrında ürəktutmasından vəfat edib.