MBH: Ədalətli məhkəmə olmayan cəmiyyətdə ümidlər yalnız hüquq müdafiəçilərinə qalır

 

"Müsəlman Birliyi Hərəkatının iki üzvü Mail Kərimov və Süleyman Ələkbərov bildiriblər ki, mayın 20-də Ağır Cinayətlər Məhkəməsinin önünə toplaşdıqlarına görə polislər tərəfindən saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar. İddia edirlər ki, qeyd olunan baş idarədə onlar təzyiq və təhdidlərə məruz qalıblar. Qeyd edilən iddialar tamamilə əsassız və yalandır".

Bu fikirləri APA-ya DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. Onun sözlərinə görə dinc şəraitdə məhkəmə önündən dağıdılan şəxslər heç hansı bir polis idarəsinə aparılmayıb.

Bu fikirlərlə bağlı Operativ.tv Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətindən münasibət öyrənib. Operativ.tv-yə danışan hərəkatın mətbuat katibliyi belə faktların genişliyi və çoxluğunun heç bir dəlil-sübuta ehtiyacı olmadığını bildirərək, belə hadisələrin polislər tərəfindən çox baş verdiyinə diqqət çəkib. Digər tərəfdən polkovnikin “hüquqşünas” adlandırdığı hüquq müdafiəçilərinin bu işdə dəstəyinə toxunan hərəkatın mətbuat katibliyi ədalətli məhkəmənin olmadığı, sifarişlərə icraçı olan bu qurum səbəbinə vətəndaşı öz haqlı səsini yalnız hüquq müdafiəçilərinin yardımı ilə eşitdirə bilməsini cənab Zahidovun ironiya ilə deyi, təəssüflə səsləndirməli fakt kimi söyləməsini daha doğru hesab edib.

Xatırladaq ki, faktla bağlı bu gün hər iki gənc əlaqədar dövlət qurumlarına dəvət olunub və şikayət ərizələri alınmaqla işin araşdırılacağı söylənilib.