MBH-nin Vəhdət Vəftəsinə təbriki

İlahi təslimiyyətdə insanları və insanlığı birlik və bərabərliyə dəvət edən İslam, öz ilk parlaq addımından günümüzə qədər bu hədəf ətrafında çalışmaqdadır. Müqəddəs kitabı Quranda bəşəri missiyasının vəhdət olduğunu bildirən din, “Hamınız Allah ipindən yapışın və dağılmayın” şüarı ilə birinin digərinə nisbətdə paylaşdığı sevgi dolu bir dünyanın nüvəsini aydınlatmışdır. Birlik birbiri üçün yaşamaq, məsul olmaq və onu da İlahi hədəfə dəvət edəcək sadə bir həqiqətdir. İslam 1500 il öncə bu həqiqətdə Allahın əmri ilə parçalanmış, soyumuş bir dünyaya isti, hərarətli nəfəs gətirməklə insanlığa növbəti dəfə həyat vermiş oldu.
Bu günlər vəhdət həftəsini qeyd etdiyimiz İslam dünyası bir daha bu dəyərli missiyaya insanlığın diqqətini çəkərək hər kəsi vahid bir ruh, ölümsüz varlıq olmağa dəvət edir. Dini düşüncəsindən, məzhəbi baxışından, mənəvi təkamülündən asılı olmayaraq İlahi təslimiyyət ətrafında birləşən insanlıq aydın bir sabah, səadət dolu axirətlə təmin ola bilər.
Belə bir vəhdət diləyi ilə bayramınız mübarək.
Müsəlman Birliyi Hərəkatı.
22.10.2021.