MBH üzvləri İmran Məmmədli və Elgiz Məmmədov da saxlanılıb

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Razi Hümbətovun məhkəməsində saxlanılan şəxslərlə bağlı qərar qəbul olunub. Dünən məhkəmə önündən saxlanılan Ağəli Yahyayev inzibatı cəza, digər iki şəxs Süleyman Ələkbərov və Mail Kərimli idarədən buraxılsa da, İmran Məmmədli və Elgiz Məmmədov  22-ci polis bölməsində saxlanılmışdı. Operativ.tv xəbər verir ki, bu gün ailələrinə ombudsmanlıqdan verilən məlumata görə hər iki gənc məhkəmənin qərarı ilə 30 sutka inzibati cəza alıb.

Xatırladaq ki, dünən (20 may) Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Razi Humbətovun son məhkəmə iclasında ona hökm oxunub. Hümbətova dəstək olmaq üçün məhkəməyə gələn əqidədaşlarını polis öncə məhkəmə binasından, ardınca isə sərt davranışla ərazidən uzaqlaşdırmaq cəhdi inidentə səbəb olub. Polis beş nəfər hadisə iştirakçısını saxlayıb. Bunlarda MBH İH-nin üzvü Ağaəli Yahyayev dünən məhkəmə önünə çıxarılaraq 30 sutka incibat cəza alıb. Nəsimi Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə təqsirli bilib. Digər iki şəxs Süleyman Ələkbərov və Mail Kərimli axşama yaxın buraxılıblar. Lakin Mail Kərimli onu azad buraxmazdan qabaq 22-ci bölməsindən başına torba keçirərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə apardıqlarını bildirib. Orada şiddətli işgəncəyə məruz qaldığını bildirən gənc döyülməsini bir daha məhkəməyə gəlməmə hədəsilə ilə icra olunduğunu deyib.

Onlardan üçünün vəziyyəti dünən bəlli olsa da, son iki şəxs İmran Məmmədli və Elgiz Məmmədov haqqında qərar bu gün verilib.