Misirdə taxıl böhranı ilə mübarizədə Həzrət Yusif modeli əsas götürüləcək

Operativ.tv Rasthaber-ə istinadən verdiyi xəbərə görə, Misir prezidenti Sisi, Rusiyanın Ukrayna əməliyyatı və sanksiyaları səbəbi ilə taxıl qiymətlərinin artması və tədarükdəki dalğalanmalarla əlaqədar ölkənin üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün "buğda ehtiyatı tədarükünə əhəmiyyət verəcəklərini" deyib. Sisi, Həzrət Yusifin (ə) buğda ehtiyatı modelini əsas götürəcəklərini bildirib.
Misir prezidenti Əbdülfəttah əs-Sisi Kənd Təsərrüfatı İstehsalının Gələcəyi Layihəsinin açılışında çıxış edib.
Bu ölkələrdə davam edən Ukrayna əməliyyatı və sanksiyalar səbəbi ilə ixracatçıların mənfi təsirləndiyini ifadə edən Sisi, bu ilin Misir üçün kifayət qədər taxıl ehtiyatı əldə etmək baxımından çətin bir il olduğunu qeyd edib.
Sisi, Həzrət Yusifin dövründə yaşanan “qıtlığa” toxunaraq, o Həzrətin buğda ehtiyatlama modelini əsas götürəcəklərini bildirib.
Misir buğda ehtiyatlarının keyfiyyətini daha uzun müddət qorumaq və qida təhlükəsizliyini artırmaq üçün həlledici layihələr hazırlayır.
Misir illik orta hesabla 23 milyon ton buğda ehtiyatı ilə dünyanın ən böyük buğda istehlakçılarından biri hesab edilir ki, bunun da 9 milyon tonu yerli istehsal, 14 milyon tonu isə idxaldır.