Mövlud Çavuşoğlu Sergey Lavrovla Qarabağı müzakirə edəcək

Türkiyə və Rusiya xarici işlər nazirləri dekabrın 29-da Rusiyanın Soçi şəhərində keçiriləcək sammitdə Qarabağı müzakirə edəcəklər. (TASS, 29 dekabr) 
 
Bu dəfəki görüşdə Dağlıq Qarabağ münaqişəsinə, xüsusən də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatının həyata keçirilməsinə və humanitar yardım göstərilməsinə xüsusi diqqət ayrılacağı gözlənilir.
 
Görüşdə həmçinin Qarabağda sülhün saxlanılmasına nəzarət edəcək Türkiyə-Rusiya birgə müşahidə mərkəzi barədə məsələlərin də müzakirə ediləcəyi bildirilir.