Məşhəddə ziyarətgahda din xadimlərini qətlə yetirən təkfirçi edam edilib

Məşhəddə İmam Rzanın (ə) hərəmində bıçaqla iki din xadiminə hücum edərək onları qətlə yetirən şəxs bu gün edam edilib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Xorasan-Rəzəvi əyalətinin Baş Prokurorluğundan mətbuata açıqlama verib.

Bildirilib ki, aprel ayının beşində İmam Rzanın (ə) hərəmində üç ruhaniyə bıçaqla hücum edən Əfqanıstan vətəndaşı Əbdüllətif Muradi barədə məhkəmənin çıxardığı hökm icra edilib.

Qeyd edək ki, bu hücumda üç din xadiminə hücum edilib və onlardan ikisi həyatını itiriblər.

Daha sonra aparılan araşdırmalarda bu şəxsin dini zəmində düşmənçilik və nifrət yayma çıxışları, habelə təkfirçiliyə çağırışları müəyyən edilib.