MTN zabitləri işgəncələrə görə mühakimədən yayınıblar

Operativ.tv Turan-a istinadən xəbər verir ki, sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli zabitləri barəsində hökm oxunub. Əsas fiqurantlar üç nəfərdir - MTN-in istintaq idarəsinin keçmiş rəisi general-mayor Mövlam Şıxəliyev 12 il, istintaq idarəsinin 2-ci şöbəsinin keçmiş rəisi polkovnik Vüsal Ələkbərov 11 il 2 ay və nazirliyin kriminalistika şöbəsinin rəis müavini polkovnik Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, 2008-2014-cü illərdə Mövlam Şıxəliyev Baş İstintaq İdarəsinin rəisi vəzifəsini tutarkən keçmiş şöbə rəisi Vüsal Ələkbərov, ibtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov, şöbə rəisinin müavini Sahib Ələkbərov mütəşəkkil qrupun tərkibində biznesmenlərdən külli miqdarda pul tələb edirdilər.

Müəyyən edilib ki, mütəşəkkil cinayətkar qrup rüşvət qismində ümumilikdə 14 milyon 292 min manat alıb, başqasına məxsus 5 milyon 77 min manat dəyərində əmlakı mənimsəyib, habelə səlahiyyətlərini aşıb və dəlilləri saxtalaşdırıb.

Qeyd edək ki, MTN-in daha əvvəl mühakimə olunan zabitlərindən heç biri məhkəmənin müəyyən etdiyi cəzanı tam çəkməyib. Keçmiş MTN-in həbs edilmiş zabitləri sonuncu dəfə bu ilin mayında vaxtından əvvəl azad edilib. 27 may 2022-ci il tarixində prezident İ.Əliyevin imzaladığı əfv fərmanı ilə ləğv edilmiş MTN-in keçmiş idarə rəisi general-mayor Teymur Quliyev və nazirliyin digər vəzifəli şəxsləri azadlığa çıxıb.

Amma general-mayor Mövlam Şıxəliyevin, polkovnik Yasin Məmmədovun, Vüsal Ələkbərovun, Sahib Ələkbərovun digər cinayətləri hələ də araşdırılmayıb. Siyasi mühacir, tarixçi Arif Yunusov Turan-la söhbətində bildirib ki, bu insanlar istintaq altında olan şəxslərdən işgəncə ilə ifadə alırdılar.

"Hökm çıxarılması haqqında məlumatdan sonra bu proses və bu qeyri-insanlar haqqında düşünürəm. Axı, mən onları çox yaxşı tanıyıram. Mənə Vüsal Ələkbərov və Sahib Ələkbərov işgəncə verib. Onların tabeliyində olan 4 nəfər də var idi, amma onların təkcə adlarını bilirəm və müttəhimlər arasında onları görmədim. MTN-də bir işçi Sahib Ələkbərovu hətta "işgəncələr kralı" adlandırırdı. Bir çox məsum həyatın məhv edilməsi onun vicdanındadır.

Onların rəisi Şıxəliyev isə "yaxşı" mühəndis rolunu oynayırdı və işgəncələrdən sonra məndən hər hansı problemim və ya şikayətim olub-olmadığını soruşurdu".

Yunusov ədalətin bərqərar olduğunu hesab etmir, belə ki, cinayətkarlar məhbuslara bəzilərinin ölümü ilə nəticələnən işgəncələrə görə cəzalandırılmayıblar. Mövlamov və Ələkbərovlar indiyədək cəzalandırılmamış nazir Eldar Mahmudovun oyunlarının qurbanı oldular.

"Mahmudov prezidenti və onun ailəsini gizlicə dinləyir və nüfuzdan salan materiallar toplayırdı. Bundan sonra 2015-ci ilin dekabrında MTN ləğv edilib, 500-dən çox əməkdaşı işdən çıxarılıb, 20-dən çox yüksək vəzifəli zabit mühakimə olunub. Keçmiş nazir isə bağdadır, deyirlər, ev dustaqlığındadır.

Hələ 2016-cı ildə baş prokuror Zakir Qaralov müsahibəsində bildirib ki, bütün zəruri sənədlər və E.Mahmudovun təqsirinin dəlilləri toplanıb və o, yalnız prezidentin sabiq nazirin həbsi üçün razılığını gözləyir. 6 il keçib, Baş Prokurorluğun başında artıq yeni şef var, Eldar Mahmudov isə evinddə oturub. Amma oxçuları mühakimə edirlər, həm də real cinayətlərinə görə yox", Arif Yunusov belə hesab edir.