“Müdafiə Xətti”-nin Azərbaycanda qeydə aldığı növbəti hüquq pozuntuları ilə bağlı bülleteni

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 2022-ci ilin 15 sentyabr -18 sentyabr tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı 55 saylı bülleteni
15 sentyabr 2022-ci il. Vətən müharibəsi iştirakçısı, Astara rayon, Pensər kənd sakini Rüstəmov Elnur Eldar oğlu özünü yandıraraq intihar edib. O, əlillik almaq üçün dəfələrlə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həm də nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə mürüciət etsə də nəticə olmayıb.
17 sentyabr 2022-ci il. Jurnalist Heydər Oğuz Baş Prokurorluğa dəvət edilərək sosisl şəbəkələrdə paylaşdığı tənqidi postlara görə xəbərdarlıq olunub.
17 sentyabr 2022-ci il. Toplum TV-nin Facebook səhifəsinə müdaxilə edilib.
26 min izləyici və 12 günün videoları silinib.
18 sentyabr 2022-ci il. Həbsdə olan AXCP üzvü Şahin Hacıyev aclıq aksiyasını davam etdirir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şahin Hacıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə martın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb.
Məhkəmə Hacıyevi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) təqsirli bilib. Hökmdən əvvəl son söz deyən Şahin Hacıyev ona verilmiş itthamla razılaşmayıb və hesab edib ki, təqsirsizdir.
Ş. Hacıyev sosial şəbəkələrdə hakimiyyəti sərt şəkildə tənqid edirdi.