Müsəlman ölkəsində dünyanın ən böyük kitabxanalarından biri açıldı

Dubayda (BƏƏ) qeyri-adi dizaynlı yeni binanın açılışı baş tutub.

Operativ.tv Az.shafaqna.com -a istinadən xəbər verir ki, 55 min kvadrat metr sahəsi olan kitabxana ərəb dünyasındakı ən böyük kitabxanadır.

9 ixtisaslaşmış kitabxananı özündə birləşdirən təsisatda 1,1 milyondan çox çap edilmiş və rəqəmsal kitab var. Kitablar ərəb və xarici dillərdədir.

Burada həmçinin təxminən 6 milyon elmi iş də var.

Kitabxana 75 min video, 5 min tarixi jurnal və 500 nadir kolleksiya əşyası da təklif edir.

Qeyd edək ki, tikili qismən günəş enerjisi ilə qidalanır. Həmçinin suyun resirkulyasiyası sisteminə də sahibdir və bu, tullantıları 50%-dək azaltmağa imkan verir.

Bundan başqa, kitabxanaya daxil olan zamanı robotlar ziyarətçiləri lazım olan kitablara tərəf yönləndirir.

Bina müxtəlif tematik otaqlara bölünüb və çoxlu özünəqulluq köşkləri ilə təchiz edilib.

Bu kitabxana layihəsinin dəyəri 260 milyon avrodur.