Müsəlman qapıçı dünya rekorduna imza atdı

Az.shafaqna.com IRNA-ya istinadən xəbər verir ki, iranlı qapıçı Əlirza Beyrənvənd topu əli ilə uzağa atması ilə məşhurdur.

O, topu əli ilə 61,26 metr məsafəyə ataraq adını Ginnesin Rekordlar Kitabına həkk etdirə bilib.

29 yaşlı idmançı İran yığması ilə yanaşı, hazırda Portuqaliyanın “Boaviştu” komandasında da oynayır.