Nardaran məhbusu, Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseynin anası Rəhimə xanım ölkə başçısına müraciət edib

Nardaran məhbusu, Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseynin anası Rəhimə xanım ölkə başçısına müraciət edib:
 
"İki həftədir ki,həbsxanadakı möminlər Allahın təhqir edilməsinə etiraz olaraq, aclıq aksiyası edirlər.
Oğlum Abbas Hüseyn də həbsxanada aclıq edənlərdən biridir. Buna görə çox narahatam.
Abbas telefonla danışanda da deyir; "bu aclıq Şəhadətə qədər gedəcək. Onsuzda həyatda hər kəs ölür, kimisi 20 ilə, kimisi də 50 ilə. Sonda vəziyyət eynidi, hər kəs ölür. Xoş o insanın halına ki, öləndə də Allahın adını uca tutmaq üçün ölür."
Mən bir ana kimi yuxarı dairələrə müraciət edirəm ki, aclıq edən möminlərin haqlı etirazını nəzərə alın. Mən oğlumun səhhətindən və həyatından narahatam. Onun ölməyini istəmirəm.
Mən oğlumun sağ-salamat və azadlıqda olmasını istəyirəm.
Oğlumla birgə həbs olunmuş Hacı Tale və digərləri günahsızdırlar. Bunu hər kəs bilir.
Ermənilərə göstərilən humanistliyi bizim günahsız balalarımıza da göstərin.
Buraxın onları.
Mənim bir ana kimi oğlumla bağlı arzularım var. Mən onun toyunu görmək istəyirəm.
İndi bu aclıq aksiyası onsuz da pis olan səhhətimi daha pisləşdirib,çünki oğlumun həyatı təhlükədədir.
Neçə gündür, nə gecəmiz var, nə də gündüzümüz.
Övladlarımızı öldürməyin, onların haqlı etirazlarına səs verin, araşdırın.Ermənilərə verdiyiniz dəyəri, göstərdiyiniz humanistliyi bizim övladlarımıza da göstərin.Uca Allahı söyənləri müəyyən edib ,haqqında lazımı tədbirlər görün.
İnsanlar bir vətəndaş kimi sivil qaydada etiraz edir. Buna qiymət verin. Camaatı,səbirdən, hövsələdən çıxardacaq işlərə yol açmayın. Bu yaxşı hal deyil.
Balalarımızı öldürməyin!
Hamısı Allahı sevdikləri kimi Vətənimizi, dövlətimizi elə sevir.
Söyüş söyənlərin, işgəncə verənlərin kimliklərini bilirəmki bilirsiz. Onların yalanlarına aldanıb övladlarmızı ölümə tərk etməyin!
Allahı söyənləri, həmin hadisə zamanı ölkə rəhbərliyini söyənləri cəzalandırın.
Bizə etdiyiniz bu zülmü Allah götürməz. Onun səbri olduğu kimi, qəzəbi də var. Bunu unutmayın!"