NATO təyyarələri Ukrayna sərhəddinə gəldi

Ukrayna sərhədləri yaxınlığında yerləşən Polşanın Rzeşov aerodromunda NATO təyyarələrinin kütləvi axını qeydə alınıb. 

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə "Flightradar" uçuş izləmə portalından məlumat əldə olunub. 

Qeyd olunan zonada alyansın təyyarələri dəfələrlə görünüb. Belə ki, sentyabrın 29-da "Kalitta Air" yük aviaşirkətinin Boeing 747-412 təyyarəsi ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərindən Polşaya gəlib.

Bundan əlavə, sentyabrın 30-da İspaniya Hərbi Hava Qüvvələrinə məxsus CASA C-295M nəqliyyat təyyarəsi də transponderi işə salaraq aerodrom ərazisindən Krakov istiqamətində hərəkət edib. Həmin gün "Maximus Air Cargo" ərəb yük aviaşirkətinə məxsus Ukrayna qeydiyyatlı An-124 Ruslan təyyarəsi aerodromdan Fransanın Marsel şəhərinə uçub.