NATO-ya qarşı İncirlikə yürüş

Operativ.tv Rasthaber-ə istinadən verdiyi məlumata görə Türkiyə Kommunist Gəncliyi (TKG) Dənizin edamının 50-ci ildönümündə İncirlik yürüşünə başlayacaqlarını açıqlayıb.

TKG-nin verdiyi açıqlamada ölkə gəncliyi hər zaman NATO-ya qarşı olduğu bildirilir. Dəniz, Yusif və Hüseyn 1972-ci ildə bu təhlükəyə qarşı vətənlərini müdafiə etdikləri və çirkli əllərə cavab verdikləri üçün NATO siyasəti tərəfindən ölümə göndərildi. Lakin nə zəhmətkeşlərin müstəqil Türkiyə mübarizəsi dayanmadı, nə də bu mübrizədə canlarını qurban verənlər unudulmadı. Başladılan mübarizə yolunu tutaraq irəliləməyə davam edən Türkiyə gəncliyi 15 Mayda İncirlikdəki NATO bazasına yürüş etməklə bu mübarizəni əzmlə davam etdirdiyini bir daha nümayiş etdirəcək. Bu fikirləri TKG-yayıb. İstanbuldan yürüşdən əvvəl açıqlama verən TKG üzvləri Türkiyənin hər yerindən ölkəni və bölgəni qan gölünə çevirən imperialist silahlı təşkilat NATO-ya qarşı Türkiyə gənclərinin mövqeyini nümayiş etdirdiyini bildirib. Onlar NATO terror təşkilatına qarşı gənc fəhlə sinfinin mövqeyini bir daha sərgiləmək üçün İncirlikə yürüşə başladıqlarını söyləyib. Beləcə yüzlərlə tələbə antiimperializmin səsini ucaltmaq üçün İncirlik yürşünü həyata keçirdiyini nümayiş etdirib.

TKG-nin yürüşünü ziyalılar, rəssamlar, musiqiçilər, jurnalistlər, yazıçılar və akademiklər dəstəkləyib.

Məlumat üçün deyək ki, İncirlik Hərbi Hava Bazası Adananın İncirlik bölgəsində yerləşən hərbi hava bazasıdır. Ərazi Adana şəhər mərkəzinin 8 km şərqində və Aralıq dənizinə 56 km məsafədədir. Burada 1951-ci ildə tikintisinə başlanılan İncirlik Bazası 1951-ci ilin dekabrında Türkiyə Silahlı Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin ortaq xidməti üçün istifadəyə verilib. İncirlik Hərbi Hava Bazası Türkiyə Silahlı Qüvvələrinə aid Hərbi Hava bazalarından biridir və üzərindəki bütün infrastrukturla birlikdə mülkiyyəti Türkiyə Cümhuriyyəti dövlətinə aiddir. Eyni halda bura Avropada taktiki nüvə silahı olan altı NATO bazasından biridir.