Nazir ABŞ hökumətini tənqid etdi

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ hökumətinin ölkəsinə qarşı yeni sanksiyalarına münasibət bildirib.

Nazir açıqlamasında vurğulayıb ki, ABŞ İran xalqına qarşı yeni müharibə başladıb.

"Onlar koronavirus epidemyasından istifadə edirlər. Onlar bizim xalqımıza qarşı səhiyyə, iqtisadiyyat və digər sahələrdə müharibə başladıblar", - deyə Məhəmməd Cavad Zərif diqqətə çatdırıb.

O qeyd edib ki, ABŞ-ın etdiyi müharibə dövrü qanunlarına da ziddir.