Neft 10 dollar ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 10,54 ABŞ dolları, yaxud 22,35% azalıb.
 
"Azeri Light” markalı neftin bir barelinin qiyməti 36,62 ABŞ dolları təşkil edib.
 
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.