Neft və qaz həmişə belə yuxarı qiymətdə qalmayacaq – Qətərin əmiri

“Enerji qiymətlərinin yuxarı olması əbədi deyil və bu həmişə davamlı olmayacaq.”

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, bunu Qətərin əmiri Təmim bin Həmd Ali-Sani deyib.

O, bu gün Dohada “Qətər İqtisadi Forumu”nun açılışında etdiyi çıxışında enerji qiymətinin həmişə belə yuxarı olmayacağını bildirib və iqtisadiyyatın gücləndirilməsi üçün  fürsətdən istifadə etməyin zəruriliyindən danışıb.

“Biz bunu bilirik ki, enerjinin qiyməti həmişə yuxarı olmayacaq. Biz uzun zamanlar enerjinin qiymətinin aşağı olduğunu təcrübə etmişik. Qiymət aşağı olanda kəsirlərin bədəlini ödəməkdə bizə kömək edən yalnız düzgün siyasət, sərmayəni cəlb etmək, gəlir mənbələrinin müxtəlifliyini nəzərdə tutmaq kimi tədbirlər olub”, deyə Qətərin əmiri enerji qiymətinin yuxarı olması fürsətindən düzgün istifadə barədə çağırış edib.