Neonasist məsciddə terror aktı törətməyi planlaşdırırdı

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Şotlandiyada islamofob şəxs məhkəmə qarşısına çıxarılıb. Sem İmri məsciddə terror aktı törətməyi planlaşdırırdı.

O, Fayfdakı (Fife) İslami Mərkəzdə terror aktı törətmək və bunu sosial şəbəkələdə canlı şəkildə yayımlamaq istəməkdə ittiham edilir.

İstintaq müəyyən edib ki, 24 yaşlı müttəhimin çox sayda silahları olub və qatı neonasist, islamofob və antisemit baxışlara sahib idi.

Bildirilir ki, o, terror planları haqda özü sosial şəbəkə üzərindən bəyan edirdi.

İmri terror aktının hazırlıqlarını görərkən bir neçə dəfə İslami Mərkəzin yaxınlığına gəlib və oranın fəaliyyətinin necəliyini müşahidə edib. O, çəkdiyi şəkilləri internet üzərində paylaşırdı.

İmriyə qarşı ümumilikdə 9 ittiham səsləndirilib ki, onlardan da 3-ü terrorçuluqla bağlıdır.