Nigeriyada 13 mindən çox terrorçu təslim oldu

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Nigeriyada 2 həftə ərzində 13 243 “Boko Haram” terrorçusu və onların ailə üzvləri təhlükəsizlik qüvvələrinə təslim olublar.

Bu barədə Nigeriya Müdafiə Nazirliyinin rəsmisi Bernard Onyeko məlumat verib.

Bildirilib ki, əməliyyatlar 1-14 oktyabrda keçirilib.

Qeydedilən dövr ərzində 299 terrorçu məhv edilib, 13-ü isə tutulub. Həmçinin çox sayda terrorçu yaralansa da, onlar gizlənməyə müvəffəq olublar.

Xatırladaq ki, “Boko Haram” 2009-cu ildən 20 mindən çox dinc sakinin ölümünə səbəb olub.