Nigeriyada İmam Hüseyn (ə.s) əzadarları qətlə yetirilib

Nigeriyanın Zaria şəhərində polis Aşura yürüşlərinin keçirilməsinə mane olub. Nəticədə bir sıra əzadar və Şeyx İbrahim Zəkzəkinin qardaşı oğlu qətlə yetirilib. Bu barədə Sirat istinadən Operativ.tv xəbər verir.
Məlumata görə, indiyədək 6 insanın ölüm faktı qeydə alınıb. Qətlə yetirilənlərin İbrahim Zəkzəkinin tələbələri olduğu bildirilib.
Bundan əlavə, bir neçə şəxs yaralanıb. Yaralılar polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, Şeyx Zəkzəki Nigeriyada şiə müsəlmanlarının lideridir. O, 2015-ci ilin dekabrında ölkədə çevriliş cəhdinə görə həbs edilib. Ona qarşı səkkiz maddə üzrə ittihamlar irəli sürülüb. Lakin 2021-ci ilin iyulun 28-də məhkəmənin qərarı ilə İbrahim Zəkzəki azadlığa buraxılıb.