Nəsrullah: "2000-ci ildəki qələbə Livana müstəqillik gətirdi"

Livan Hizbullahının baş katibi 2000-ci ildə Livanın işğal olunmuş ərazilərinin azad edilməsinə işarə edərək, deyib: "Bu qələbə ölkəmizə müstəqillik və suverenlik gətirdi".

ABNA24 Xəbər Verir, Seyid Həsən Nəsrullah cümə günü axşam televiziya çıxışının əvvəlində, hələ də müstəqillik, suverenlik və azadlıq uğrunda mübarizənin mərkəzində olduqlarını və bu mübarizəni davam etdirəcəklərini bəyan edərək, vurğulayıb: "Nə qədər ki, Livan İsrail rejiminin gündəlik təhdidləri altındadır, biz heç bir tərəddüd etmədən, ölkəmizin müstəqilliyi və azadlığı uğrunda mübarizənin mərkəzində qalacağıq".

Seyid Həsən Nəsrullah, həmçinin deyib: "İsrailin Şimali Afrikaya açıq şəkildə daxil olması, o bölgədəki ərəb ölkələri, xüsusilə də Əl-Cəzair üçün təhlükə yaradır; Sanksiyalar və Hizbullahın adının terror təşkilatı kimi qara siyahıya salınması müqavimət döyüşçülərinin və ya onun tərəfdarlarının müqavimətinə və iradəsinə təsir etməyəcək".

Nəsrullah İrandan yanacaq və dizelin idxalına da toxunub və deyib: "Yanacaq doldurma məntəqələrində alçaldıcı növbələrin və qara bazarın yaranması və yanacaq çatışmazlığı şəraitində, vəziyyəti yaxşılaşdırmaq üçün İrandan benzin və dizel aldıq. Məqsədimiz ölkəmizdə neft böhranını yüngülləşdirmək idi".

Seyid Həsən Nəsrullah çıxışının son hissəsində Hizbullaha qarşı planlaşdırılmış hücuma və son həftələrdə Livanda Hizbullah əleyhinə bəzi sənədlərin yayılmasına toxunub və deyib: "Bu sənədlərin saxtakarları livanlı və ya peşəkar deyildilər, necə ki, bu sənədlərdə yüksək səviyyədə absurd və bayağı məzmunlar müşahidə olunur".

Livan Hizbullahının baş katibi qeyd edib ki, bəzi cahil insanların bu saxta sənədlərə istinad etməsi təəssüf doğurur.