Ölkə hadisələri

Ötən gün baş verən qəzalarda 2 nəfər ölüb

 

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 73 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Zaqatalada 64 yaşlı kişi intihar edib

Zaqatalada intihar hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Danaçı kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Zeynalabid Məmməd oğlu Abakovun meyiti yaşadığı evin həyətində yerləşən tövlədən asılı vəziyyətdə aşkar edilib.

Əsəb xəstəliyindən əziyyət çəkən Z.Abakovun intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.