Orta məktəbdə növbəti özbaşnalıq

Sentyabırın 30-da 112 saylı məktəbdə şagirdlərdən birinin digərini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülər həqiqətən də ürək ağrıdıcıdır. Bir şagir sözün əsil mənasında sosial şəbəkədə yayılması üçün istədiyi çəkilişdə öz sinif yoldaşını dəhşətli işgəncələrlə vuraraq ona fiziki zərbə endirir. Qəddarlıqla müşahidə olunan görüntüyə etiraz edən səsi gələn digər şagirdlərin etirazına baxmayaraq əvvəlcə yumruqlar vuran şagir, sinif yoldaşının zərbələrdən yıxılmasından sonra onu təpikləməyə də başlayır.Bir orta məktəb şagirdinin görüntü naminə belə qəddar davranışı bir çox qorxulu məqamlardan xəbər verir. Nəzərə almaq lazımdır ki, o bərabər təhsil aldığı məktəbdə müxtəlif yaş qrupunda bir çox şagirdlərlə da belə davranış sərgiləyə bilər. Ən acınacaqlısı isə məktəblərdə mobil telefon və sosial medianın görüntülərinə "layk" yığmaq sevdası belə qorxunc görüntüləri ortaya qoyub. Şübhəsiz ailə davranışı, məktəbdəki tərbiyənin də boşluğunda yetərincə problemlər bu hadisənin baş vermə səbəblərindəndir.

Digər, zərbələr müqabilində üzünü örtən şagirdin durumu isə daha təhlükəlidir. Biz adətən intihara yol açan belə halların səbəbini axtardığımız halda sosial mediada sındırılan şəxsiyyət obrazına vurulan belə zərbələrin digər tərəfdə qoyduğu pisixoloji zədəni diqqətdən kənar saxlamamalıyıq. Hətta məktəbin pisixoloqları özünü müdafiədə zəiflik göstərən tərəfin də pisixoloji durumu ilə yaxından maraqlanmalı, lazımdırsa valideynləri ilə danışıb onu müalicəyə də yönəltməlidir. Bir sözlə tədris müəssisələrində yaranan və artıq tez-tez hallanan mənfi faktlar sırasınd yer alan bu olay da çox ağrılıdır. Hadisə ilə bağlı Təhsil İdarəsi araşdırmağa başlayıb və hadisəyə hüquqi qiymət veriləcəyini deyib. Ancaq bu kimi hallara Təhsil İdarəsinin verdiyi qiymət problemlərin həllində yetəri rol oynaya bilirmi?