Orta və ali məktəblərdə ənənəvi tədris qismən bərpa olunur

Təhsil Nazirliyi: "Dərslər həftədə 3 dəfə olacaq"

Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur.

Məlumatı Azərbaycan Respublikası Təhsil Nazirliyi yayıb.

Bildirilir ki, fevralın 8-dən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayondan başqa ölkənin digər bölgələrindəki təhsil müəssisələrində tədris başlayır.

1-ci sinflərdən 9-cu sinflərə qədər dərs həftədə 5 dəfə olacaq.

Bəzi şərtlər var: şagirdlər sosial məsafə saxlamalıdır, azı 1.5 metr.

Sosial məsafənin 1.5 metr saxlanılması imkanı olmayan məktəblərdə isə dərslər həftədə 3 dəfə olacaq.

Məlumatda deyilir ki, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında da 1,5 metrlik sosial məsafə gözlənilməklə məşğələlər keçirilə bilər.

Bu məşğələlər həftədə 2 dəfə, 1-4-cü sinif şagirdləri arasında keçiriləcək.

Fevralın 15-dən isə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrində də tədris bərpa olunur.

Məktəbəhazırlıq mərhələsində həftədə 2, ibtidai siniflərdə həftədə 3, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə dərs günü olacaq.

Xüsusi məktəblərdə isə (I-IX siniflərdə) həftədə 5 dəfə dərs keçiriləcək.

Eyni zamanda, fevralın 15-dən Azərbaycanda uşaq bağçalarında da tədris həftədə 2 dəfə olmaqla bərpa olunur.

Təhsil Nazirliyi bildirir ki, ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

Təhsil Nazirliyinin təklifinə əsasən, ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələli olaraq əyani formada sanitar-gigiyenik tələblər nəzərə alınaraq aşağıda qeyd edilmiş qaydada davam etdiriləcək.

Fevralın 1-dən isə Azərbaycanda məktəblərdə ibtidai siniflər üçün əyani təhsil bərpa edilmişdi.

2020-ci ilin sentyabrında yeni dərs ili başlayanda isə ancaq ibtidai sinif şagirdləri həftədə 3 dəfə olmaqla məktəbə gedirdilər.

Oktyabrın 1-dən V-IX, 15-dən isə X-XI siniflər məktəbə getməyə başlamışdılar. Koronavirusa yoluxma artığına görə sonradan bütün ölkədə distant təhsilə keçildi.

Evində planşet və smartfon telefonlar olmayan aztəminatlı ailələr daim övladlarının təhsildən kənar qalmasından şikayətlənirdi.

Martın 24-dən Azərbaycanda sərt karantin rejimi tətbiq edilib. Bu, 2021-ci il aprelin 1-dək uzadılıb.

COVİD 19 infeksiyası 2019-cu ilin sonlarında Çində aşkar edilib. 3 ay ərzində dünyada yayılmağa başlayıb.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.2 milyondan çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda isə indiyədək 230 min 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 3 min 145 nəfərin vəfat etdiyi açıqlanıb.