Osloda 2 nəfərin ölümü ilə nəticələnən “terror aktı"

Operativ.tv CUMHURİYET-ə istinadən xəbər verir ki, Norveçin paytaxtı Oslonun mərkəzində 2 nəfərin həyatını itirdiyi silahlı hücumdan sonra 42 yaşlı kişi saxlanılıb. 
Şübhəli şəxs adam öldürmə, adam öldürməyə cəhd və terror aktlarında ittiham olunub.
Qeyd edək ki, gecə həyatının sıx olduğu bölgədə baş verən hücumda 2 nəfər ölüb, 21 nəfər yaralanıb.