Özbəkistan-Qazaxıstan sərhədindəki bəzi buraxılış məntəqələri fəaliyyətini dayandırıb

Özbəkistan-Qazaxıstan sərhədində bəzi keçid məntəqələri fəaliyyətini dayandırıb. Bu barədə məlumatı Operativ.tv Oxu.az-a istinadən verir.

“Özbək tərəfdaşlarından daxil olan məlumata əsasən, 2022-ci il iyulun 1-dən informasiya sistemində yaranan nasazlıq səbəbindən “Daut-ata” – “Tajen” (avtomobil) keçid məntəqəsindən Özbəkistan və Qazaxıstan arasında şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin keçidi müvəqqəti dayandırılır.”, - Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin bəyanatında deyilir.

Həmçinin “Qaraqalpaqstan” – “Beyneu” marşrutu üzrə dəmir yolu əlaqəsinin dayandırılması nəzərdə tutulur.

“Bununla əlaqədar olaraq, göstərilən buraxılış məntəqələri vasitəsilə dövlət sərhədini keçən vətəndaşlardan öz marşrutlarını əvvəlcədən planlaşdırmaları xahiş olunur”, - deyə Qazaxıstan sərhəd xidmətindən bildirilib.