Özbəkistanda baş naziri dəyişməmək qərarına gəldilər

Özbəkistandakı parlament seçkilərində qalib gələn Liberal Demokrat Partiyası (UzLiDeP) hazırkı baş nazir Abdulla Aripovu hökumət başçısı vəzifəsinə namizəd göstərib.

 

Bu barədə şənbə günü partiyanın nümayəndəsi TASS-a məlumat verib.

 

"Bu gün UzLiDeP siyasi şurasının iclasında Abdulla Aripov yekdilliklə respublika hökumətinin başçısı vəzifəsinə namizədliyini irəli sürdü" dedi.

 

Qanunvericiliyə görə, Qanunvericilik Palatasında ən çox yerə sahib olan partiya baş nazirin namizədliyini prezidentə təqdim edır.