Papa Fransisk: “Bu dünya müharibəsidir”

Operativ.tv Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk sentyabrın 15-də Qazaxıstana səfəri zamanı bəzi Yezuit keşişləri ilə də görüşüb.

Roma Papası Fransisk səfər zamanı verdiyi açıqlamasında Rusiya-Ukrayna müharibəsindən danışıb.

“Müharibə gedir. Məncə, bunu yaxşı və pisin olduğu bir kovboy filmi kimi düşünmək səhvdir. Bunun iki xalq arasında müharibə olduğunu düşünmək də səhvdir. Müharibə var və bu, dünya müharibəsidir”- deyə Roma Papası bildirib.

Papa onu da qeyd edib ki, Ukraynaya daha əvvəl mümkün olacağını açıqladığı səfər indiki mərhələdə gündəmdə deyil.