Papanın istefa verəcəyi ilə bağlı fərziyyələr artır

Vatikanın dövlət başçısı Papanın səhhətində yaranan problemlərə görə istefa verməyi düşündüyü iddia edilib.
Operativ.tv Haber 7-yə istinadən xəbər verir ki, katolik dünyasının ruhani lideri Papa Fransisk haqqında şayiələr səhhətində yaranan problemlərə görə yayılmaqda davam edir.
Vatikanın həm də dövlət başçısı olan Papanın istefa verəcəyi ilə bağlı xəbərlər yayılıb.
Papanın istefası ilə bağlı yayılan xəbərlərə səbəb onun Konqo və Cənubi Sudana səfərini diz ağrıları səbəbindən təxirə salmasıdır.
Siyatik sinir ağrısından da əziyyət çəkdiyini bildirən 85 yaşlı Papa avqust bayramı zamanı yeni kardinalları müəyyən etmək üçün şura qurduğunu da açıqlayıb.
İtaliya mətbuatının yazdığına görə, Papa ötən may ayında yepiskoplarla bağlı qapılar arxasında keçirilən görüşdə diz ağrıları ilə bağlı zarafat edərək, “əməliyyat etməkdənsə, istefaya gedəcəyəm” demişdi. 
Maildə çıxan xəbərə görə, Vatikan rəsmiləri Fransiskin papalığı təslim etmək ərəfəsində olduğunu düşünmürlər.
“Papanın yanında olan məmurların çoxu onun istefasının mümkünlüyünə inanmır” - deyə məsələ ilə bağlı mənbə bildirib.