Paşinyanın mətbuat xidməti: "Qazağın işğal altındakı kəndləri geri qaytarılmayacaq"

Azərbaycanın internet seqmentində səhər saatlarında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında imzalanan atəşkəs müqaviləsində digər ərazilərlə yanaşı Qazax rayonun işğal altındakı kəndlərinin qaytarılmasına dair maddənin yer aldığı iddia edilsə də, bu, öz təsdiqini tapmayıb.
 
Bu gün Kremlin yaydığı rəsmi bəyanatda bu maddə öz əksini tapmayıb. 
 
Həmçinin 10 noyabrda Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Qevorkyan kəndlərin qaytarılacağına dair iddianı təkzib edib. 
 
"Əziz həmvətənlər, təxribatlara uymamağınızı xahiş edirik. Əziz KİV təmsilçiləri, faktları təhrif etməyə çalışmayın. Rəsmi sənəd yayımlanıb, siz onunla tanış ola bilərsiniz", - deyə Qevorkyan bildirib. 
 
Mane Qevorkyan Dağlıq Qarabağda Türkiyə sülhməramlılarının olacağı iddiasını da təkzib edib.