Patriarx Kirill ibadət zamanı yıxılmasından danışıb

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Novorossiysk məbədində ibadət zamanı yaş döşəmədə sürüşərək yıxıldığı hadisədən danışıb.

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, patriarx sözlərinə görə, hadisə nəticəsiz ötüşüb. 

"Bu gün yıxılmağım nəsə demək deyil. Sadəcə, döşəmə çox parlaq və hamar idi. Onun üzərinə su töküləndə, hətta bu müqəddəs su da olsa, fizika qanunları işləyir. Ancaq tanrının lütfü ilə hər şey nəticəsiz ötüşdü", deyə Patriarx bildirib.