Peru prezidentinin evində axtarış aparıldı

Peru polisi prezident Pedro Kastillonun evində axtarış aparıb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, yerli media dövlət başçısının korrupsiyada ittiham olunan ögey bacısını axtarır. Axtarış paytaxt Limadan 800 km məsafədə yerləşən Kaxamarka əyalətindəki villada həyata keçirilib. Bir gün əvvəl isə güc strukturları prezidentin ofisində axtarış aparmışdı.