Peru XİN başçısı növbədənkənar peyvənd olunduğu üçün istefa verib

Peru xarici işlər naziri Elizabet Astet Rodriges növbədənkənar koronavirus peyvəndi vurdurduqdan sonra istefa verib.

Bu barədə TASS Peru Prezidenti Fransisko Saqastinin tvitterdəki postuna istinadən məlumat verib.

“Bu gün axşam xarici işlər naziri Elizabet Astetdən istefa məktubu aldım və istefanı qəbul etdim”, - Peru prezidenti yazıb.

Prezident istefanın nazirin tədqiqat qrupu üçün nəzərdə tutulmuş koronavirus peyvəndini vurdurması ilə əlaqəli olduğunu söyləyib.