Peskov: “Qərb bizi buna məcbur edir”

Qərb ölkələrindən hərbi birliklərin Ukraynada yerləşdirilməsi Rusiyanı olduqca narahat edir.

Giperssilka.ru Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, bu situasiya Moskvanı öz maraqlarını qorumaq üçün addımlar atmağa vadar edir:

“Avropadan Ukraynaya təkcə təlim birlikləri deyil, eyni zamanda döyüş bölmələri də göndərilir. Əlbəttə bu, bizi çox narahat edir, biz bunu bəyənmirik”.