Peyğəmbərin (s) vəfatında Nəcəfə altı milyondan çox zəvvar gedib

Məhəmməd Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadəti günündə Nəcəfə ziyarətə altı milyondan çox zəvvar gedib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Nəcəfdə İmam Əlinin (ə) Ziyarətgahı İdarəsi məlumat yayıb.

Bildirilib ki, səfərin 28-də yəni Məhəmməd Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadəti günündə Nəcəfə ziyarətə 6,445,200 zəvvar gəlib.

Qeyd edək ki, səfərin 20-i yəni İmam Hüseynin (ə) qırxından (Ərbəin) sonra zəvvarların bir qismi İraqı tərk etmir və yenidən Nəcəfə ziyarətə geri qayıdırlar. Səfərin son günləri ki, Məhəmməd peyğəmbərin (s), İmam Həsənin (ə) və İmam Rzanın (ə) şəhadətinə təsadüf edir, bir qism zəvvar bu günləri Nəcəfdə və ya Məşhəddə keçirməyi üstün tuturlar.