Polad Həşimovun anası: Şəhidlərimiz bizim qəhrəmanlarımızdır

Bizim igidləri əymək istəyənlər olsa da, əyilmədilər. Onlar bizim qəhrəmanlarımızdır.

Operativ.tv SalamNews-a istinadən məlumatına görə, bunu Azərbaycanın Milli Qəhrəmanı, şəhid general mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.

O bildirib ki, artıq iki il keçir, amma yaramız hələ də təzədir:

“Valideynlər üçün çox çətindir. Dərdi çəkən bilər, başqa heç kim bilə bilməz biz nələr çəkirik. Allah şəhidlərimizə rəhmət eləsin. Mən başqa bir söz deyə bilmərəm”.