Polşa səfirliyinə adekvat cavab

Ötən gün bir qrup gənc Moskvada Polşa səfirliyinə hücum təşkil ediblər. Operativ.tv-nin məlumatına görə binanı qırmızı qəngə boyayan fəallar bunu Rusiyanın Polşada səfirinə qarşı analoji addıma cavab olaraq atdıqlarını bildiriblər. Bu barədə fikirlər sosial media üzərindən yayılıb.

Qeyd edək ki, Rusiyanın Polşadakı səfiri Andreyev Varşavada İkinci Dünya Müharibəsində həyatını itirmiş Sovet İttifaqı əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyarkən bir qrup şəxs “faşist” qışqıraraq Andreyevə etiraz etməyə başlayıb və gətirdikləri qırmızı boyanı səfirin üzünə atıb. Hadisədən narahatlıq ifadə edən rəsmi Moskva Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevskini nazirliyə çağıraraq rəsmi üzr istəməsini tələb edib.